2020-ci ildə mərkəzləşmiş büdcədən rayonlara ayrılacaq məbləğlər məlum olub.
FED.az-ın məlumatına görə, gələn il büdcədən 25 rayona vəsait ayrılması nəzərdə tutulub. 2019-cu ildə isə büdcədən pul ayrılan rayonların sayı 30 idi.
Eləcə də bax: İqtisadi gücünə görə, Azərbaycanın - ƏN GÜCLÜ VƏ ƏN ZƏİF RAYONLARI - TAM SİYAHI
Bu il büdcədən ən çox vəsait Ağdam, Qax və Zərdab rayonlarına ayrılıb. Ümumilikdə 2020-ci ildə mərkəzləşmiş büdcədən rayonlara 52 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da 2019-cu ildəki məbləğlə (104 milyon manat) müqayisədə 2 dəfə azdır.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az – PUL QOYULAN RAYON/ŞƏHƏRLƏR – TAM SİYAHI