Azərbaycanda bu ilin ilk iki ayında büdcədə 578,1 mln manat profsit yaranıb.
Bu haqda məlumat Dövlət Statistika Komitəsi (DSK) tərəfindən açıqlanan hesabatda öz əksini tapıb.
FED.az DSK-a istinadən xəbər verir ki, bu ilin ilk iki ayında dövlət büdcəsiniin gəlirləri ötən ilin eyni dövrünə nisbətən 35,4% artaraq 3 mlrd 532,9 mln manata çatıb.Öz növbəsində dövlət xərcləri 19,6% artaraq 2 mlrd 954,8 mln manat olub.
Beləliklə, bu ilin ilk iki ayının nəticələrinə görə büdcədə 578,1 mln manat profsit yaranıb.
Bücədə 578 mln manat artıq pul var
11:52
16 Mart 2019