“SCHNEİDER ELEKTRİK SANAYİ VE TİCARET” anonim Şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edir.
FED.az "Vergilər" qəzetinə istinadən xəbər verir ki, kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ünvanına bildirə bilərlər.
“VİTTEVEEN+BOSS AZERBAİJAN B.V” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 A ünvanına bildirə bilərlər.
“YATILIM ÇÖZÜMLERİ SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ”nin Azərbaycandakı filialı ləğv olunuduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər.
“OHL JS, A.S” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 199-a müraciət edə bilərlər.