"Tabaterra" QSC Sumqayıt Kimya Sənaye Parkı ərazisində siqaret istehsalı müəssisəsi inşa edəcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“"Tabaterra" QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye Parkının ərazisində "Tabaterra" QSC beynəlxalq standartlara cavab verən tütün məmulatları istehsalını həyata keçirəcək. Şirkət tərəfindən ildə 7 milyard ədəd siqaret istehsal edəcək müəssisə inşa olunacaq”, – deyə məlumatda bildirilir.
Üç növdə tütün məmulatları istehsal edəcək müəssisədə 200 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.
Bununla da, Sənaye Parkının rezidentlərinin sayı 13-ə çatıb.
İnterfax©