İnfrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət edəcək orqanlar müəyyənləşib.
ELƏCƏ DƏ BAX: Azərbaycanda 30 xalça fabriki tikiləcək
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı tədbirlər və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.
Fərmana əsasən infrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına münasibətdə icra hakimiyyəti orqanının səlahiyyətini Fövqəladə Hallar Nazirliyi, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına münasibətdə isə bu səlahiyyəti yerli icra hakimiyyəti orqanları həyata keçirəcəklər.
Bu qurumlar binaların əlillərə uyğunlaşdırılmasına - NƏZARƏT EDƏCƏK
19:25
6 Noy 2018