Xarici ölkələrdən Azərbaycana daxil olan ixrac sifarişlərinin böyük hissəsi nar və nardan hazırlanan məhsullara aiddir.
FED.az Azexport.az-a istinadən xəbər verir ki, 2017-ci ilin 11 ayı ərzində portalı vasitəsi ilə ixrac sifarişi daxil olan malların siyahısında nar və ondan istehsal edilən məhsullar önə çıxıb. Belə ki, dünyanın 20-dən çox ölkəsindən nar, nar şərabı, nar şirəsi və nardan istehsal edilən digər məhsullara sifariş daxil olub.
Azərbaycanın nar məhsullarına ABŞ, İngiltərə, Almaniya, Fransa, İtaliya, Kanada kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən maraq böyük olub. Həmçinin Rusiya, Türkiyə, Ukrayna, Cənubi Afrika Respublikası, Avstraliya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Latviya, Polşa, Hindistan, Səudiyyə Ərəbistanı, Liviya, İraq və s. ölkələrdən də nar və ondan istehsal edilən məhsulları sifariş daxil olub. Bu sifarişlərin təhlili göstərir ki, Azərbaycanın nar məhsulları rəqabət qabiliyyətlidir və bu sahədə ixrac imkanları böyükdür.
Bu meyvə üçün Azərbaycana 20 ölkədən sifariş gəlib
16:01
12 Yan 2018