2021-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan statistik dəyəri 122 milyon 955 min dollar olan 81 min 417 ton pambıq lifi ixrac edilib.
Eləcə də bax: Azərbaycanın bu il xaricə pomidor satışından gəliri - 100 Milyon Dolları Keçdi
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə pambıq lifi ixracı dəyər ifadəsilə 2,1 dəfə, miqdar ifadəsilə 1,8 dəfə artıb. Ötən ilin eyni dövründə Azərbaycandan 59 milyon 443 min dollar dəyərində 44 min 33 ton pambıq lifi ixrac edilmişdi.
Həmçinin 2021-ci ilin yanvar-iyun dövründə Azərbaycandan 23 milyon 620 min dollar dəyərində 8 min 417 ton pambıq iplik ixrac edilib. Ötən ilin eyni dövründə 9 milyon 947 min dollar dəyərində 4 min 681 ton pambıq iplik ixrac edilmişdi.
Pambıq lifi və pambıq iplik ixracı nəticəsində ilk 6 ayda Azərbaycana 146 milyon 575 min dollar xarici valyuta daxil olub.(Marja)