Bu ilin yanvar ayında istehsalı artan məhsulların siyahısı açıqlanıb.
ELƏCƏ DƏ BAX: Bu məhsulların istehsalı azalıb – SİYAHI
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, bu ilin yanvar ayında keçən ilin yanvar ayı ilə müqayisədə emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, mebel istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 2,1 dəfə, kağız və karton istehsalı 75,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 63,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 58,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 56,9 faiz, içkilərin istehsalı 48,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 35,4 faiz, elektrik avadanlıqlarının istehsalı 25,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 15,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz artıb.
Tikinti materiallarının istehsalında 6,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında isə 1,5 faiz artım qeydə alınıb.
Bu məhsulların istehsalı artıb – SİYAHI
20:44
18 Fev 2019