İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, iqtisadiyyat naziri görüşdə bildirib ki, hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb.
ELƏCƏ DƏ BAX: Azərbaycan Türkiyəyə test qatarı göndərir – İLK DƏFƏ
Bu infrastrukturdan və potensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir. Şahin Mustafayev bu sahədə əməkdaşlığın inkişafına, məlumat mübadiləsinə, nəqliyyat və logistika strukturları arasında birbaşa və uzunmüddətli əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb, Azərbaycan-Türkmənistan marşrutunun təhlükəsiz və əlverişli olduğunu, bu marşrutdan digər ölkələrin də istifadə edə biləcəyini vurğulayıb.
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini bu günkü görüşün xüsusilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olacağını qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.
Görüşdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov, Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov iştirak ediblər.
Görüş nəqliyyat sektorunun müxtəlif sahələri üzrə ikitərəfli müzakirələrlə davam edib.
Bu marşrutdan digər ölkələr də istifadə edə biləcək - NAZİR
20:15
30 Okt 2018