Azərbaycanda yerli kartofun bir kiloqramı öncəki ildən 41%-dən çox bahga satılır.
Azərbaycan İrandan kartof idxalını kəskin azaldır – Pakistandan artırır
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
2022-ci ilin 1 dekabr tarixinə bir kiloqram kartofun qiyməti 1.45 manat təşkil edib. Ötən ilin eyni dövründə yerli kartof 0.96 manat/kq qiymətinə bazarda satılırdı.
Xaricdən Azərbaycanda gətirlən kartofun bazarda dəyəri 1.15 manat təşkil edib. Bu öncəki ildəkindən 30%-ə yaxın baha deməkdir.
Son bir ayda yerli kartof təkcə oktyabrda 15%, noyabrda 5% bahalaşıb.
Kənd Təsərrüfatı Nazirliyinin 2022-ci ilin ilk 11 ayı ərzində 54.8 hektar ərazidə bu məhsul əkilib və 1.05 mln. ton həcmində kartof yığılıb. Kartof sahələrinin əkin sahəsi darlmasına baxmayaraq məhsularlığın hektar üzrə 18.5 tondan 19.2 tona yüksəlməsi səbəbindən cari ildəki məhsul yığımı yüksəlib. Çünki, keçən il 56.1 ha sahədən 1.04 mln. tona yaxın kartof yığılmışdı.
2021-ci ilin ilk 10 ayında Azərbaycan xaricdən 139.63 min ton kartof idxal edib, bu il isə bu rəqəm 130.24 min ton kartof idxal edib. Beləliklə, idxal düşüb, lakin cari ildə Azərbaycanda xaricə kartof ixracı da düşüb.
Ötən il idxal ilə ixrac arasında fərq 47.79 min ton olduğu halda, cari ildə bu rəqəm 52.03 min ton təşkil edib.