Azərbaycan bu ilin I rübündə 153 ölkə ilə ticarət əlaqəsi qurub ki, bu da, illik müqayisədə 1,3% azdır.
Eləcə də bax: "Azərbaycanda iqtisadi vəziyyət 2021-ci ildə düzələcək"
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə xarici iqtisadi fəaliyyət iştirakçıların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 68,4% artaraq 19 761-ə çatıb.
Xarici ticarət iştirakçıları içində fiziki şəxslərin sayı illik müqayisədə 2 dəfədən çox artaraq 14 501-ə, hüquqi şəxslərin sayı isə 9,4% artaraq 5 260-a çatıb.
Report