Cari ilin 11 ayında qeyri-neft sektoruna aid ixrac edilmiş malların siyahısında qızıl (186,6 milyon dollar) birinci olub.
Azərbaycanın qeyri-neft ixracı 2% artıb
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, bu siyahıda pambıq mahlıcı (168,9 milyon dollar) ikinci, tomat (155,4 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Hesabat dövründə Rusiya Federasiyasına 1,1 milyard dollar, Türkiyəyə 507,1 milyon dollar, Gürcüstana 252,9 milyon dollar, İsveçrəyə 193,6 milyon dollar, ABŞ-a isə 129,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Cari ilin noyabr ayında isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (33,6 milyon dollar) birinci, qızıl (23,2 milyon dollar) ikinci, meşə fındığı (18,9 milyon dollar) üçüncü olub.
Noyabrda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (111,2 milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (30,1 milyon dollar) ikinci, İsveçrə (24,7 milyon dollar) üçüncü olub. (Azərtac)