2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda pambıq yığımının 2,3 dəfə - 200 min tonadək artımını proqnozlaşdırır.
Nazirlikdən verilən məlumata görə, cari il pambıq əkinlərinin sahəsi 100-120 min hektara çatdırmaq və pambıq istehsalını 200 min tonadək artırmaq planlaşdırılır. 2017-ci ildə Azərbaycanın 27 rayonunda pambıq yığımı nəzərdə tutulur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə 52,1 min hektardan 87,3 min ton pambıq yığılıb, bu da 2015-ci ilin göstəricisindən 2, 5 dəfə çoxdur.