2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda ticarət əməliyyatlarının həcmi 28 mlrd 214 mln 292 min dollar təşkil edib.
FED.az Gömrük Komitəsinə əsasən xəbər verir ki, bu il ticarət əməliyyatlarının həcmi 8 mlrd dollar və ya 39,04% artıb.
İdxal əməliyyatların həcmi bu ilin yanvar-noyabr ayları ərzində ötən ilə nisbətən 32,15% artaraq 10 mlrd 295,5 mln dollar olub. İdxal olunan malların çeşid sayı 1,93% artaraq 7 min 481 ədədə çatıb.
Eləcə də bax: Xarici ticarətlə məşğul olanların sayı 1,5 dəfə artıb
Sektorlar üzrə göstəricilərdəbu ilin yanvar-noyabr aylarında ötən ilə nisbətən dəyişmə: dövlət sektoru üzrə idxal əməliyyatlarının həcmi 2,36 dəfə artaraq 2 mlrd 392 mln dollar, özəl sektor üzrə 15,05% artaraq 7 mlrd 315,9 mln dollar olub.
Fiziki şəxslər tərəfindən aparılan idxal əməliyyatların dəyəri 40,41% artaraq 587,6 mln dollara çatıb.
Ölkələr üzrə göstəricilərdə bu ilin yanvar-noyabr aylarında ötən ilə nisbətən dəyişmə: MDB ölkələri tərəfindən aparılan idxal əməliyyatların həcmi 20,58% artaraq 2 mlrd 538,8 mln dollar, Aİ ölkələrii tərəfindən aparılan idxal əməliyyatlarının dəyəri 25,98% artaraq 2 mlrd 100 mln dollar, digər ölkələr tərəfindən edilən idxal əməliyyatların dəyəri isə 40,77% artaraq 5 mlrd 656,7 mln dollara çatıb.
Humanitar yük, təmənnasız kömək və texniki yardım bu il 1,6 dəfə artaraq 52,02 mln dollar olub.
Bu il idxal əməliyyatlarının həcmi artıb
13:25
17 Dek 2018