Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 12 milyon 642 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 9 milyard 245,4 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 6 milyard 284,8 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu il ölkədə neft hasilatı 9,5 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz azalıb. İlin ilk dörd ayında Azərbaycanın mədənçıxarma sənayesində istehsalının ümumi dəyəri 8,9 milyard manat olmaqla 2016-cı ilin müvafiq dövrünə nisbətdə 7,4 faiz azalıb.