Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan məhsulların qiyməti illik müqayisədə 20,1% artıb.
Eləcə də bax: Prezident bahalaşmadan - DANIŞDI
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təkcə fevralda illik qiymət artımı 20,2% təşkil edib. Fevralda idxal məhsullarının aylıq inflyasiyası isə 2,1%-ə bərabər olub.
Qeyd edək ki, yanvar-fevral aylarında ölkədə orta illik inflyasiya 12,2%, fevralda illik inflyasiya isə 11,9% təşkil edib. (Apa)