2021-ci ilin 11 ayı ərzində Azərbaycana 70 milyon 112 min dollarlıq kərə yağları, 190 milyon 737 min dollarlıq bitki yağları idxal edilib.
Eləcə də bax: Azərbaycan bu il 1 mln. tondan çox buğda - İDXAL EDİB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilmiş kərə yağlarının miqdarı 13 min 480 ton, bitki yağlarının miqdarı isə 135 min 985 ton təşkil edib.
Müqayisə üçün qeyd edək ki, Azərbaycana 2020-ci ilin 11 ayı ərzində 73 milyon 302 min dollarlıq 14 min 891 ton kərə yağları, 150 milyon 744 min dollarlıq 144 min 355 ton bitki yağları idxal edilmişdi. (Marja)