2020-ci ilin yanvar-oktyabr ayları ərzində Fransa-Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 427 mln 968 mln ABŞ dolları təşkil edib.
Eləcə də bax: “Bu bədnam qətnamə Azərbaycan və Fransanın əməkdaşlığına ciddi qəsddir”
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu il Azərbaycanın Fransaya satdığı məhsulların dəyəri 83 milyon 361 min dollar, Fransadan aldığı məhsulların dəyəri isə 344 milyon 618 min dollar təşkil edib.
Qeyd edək ki, Fransa Azərbaycanın ticarət dövriyyəsində ilk 20-likdə yer alır.
Azərbaycanın Fransaya satdığı əsas məhsul xam neftdir. Belə ki, bu ilin ilk 9 ayında Azərbaycan Fransaya 173.899 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib ki, bunun da dəyəri 52.943 milyon dollar təşkil edib.
Azərbaycan Fransadan isə 43,55 ton ətir və tualet suyu alıb ki, onun da dəyəri 3 milyon 637.2 min dollar təşkil edib.