Pandemiyanın qarşısının alınması məqsədilə dünyada 30-dan artıq ölkə dövlət büdcəsi haqqında cari ilin büdcə qanununa əlavə və dəyişikliklər etmişdir.
Eləcə də bax: Dövlət büdcəsində - KƏSR YARANIB
FED.az xəbər verir ki, bu barədə hesablama Palatasının sədri Vüqar Gülməmmədovun “AzərTac”a müsahibəsində qeyd olunub.
Aydındır ki, belə bir “müharibə” şəraiti dövlətin bütün alətlərinin səfərbər olunmasını zəruri edir və bu, ilk növbədə sosial parametrlərin qorunması, daha sonra isə iqtisadi inkişafın tənəzzülünün zəiflədilməsi və postpandemiya mərhələsində inkişafın sürətləndirilməsi ilə bağlı tədbirləri əhatə etməlidir.
Resursların reallokasiyası üçün yaranmış zərurət fonunda əksər hallarda siyasi təsirlər səbəbilə dünya bazarında əhəmiyyətli xammal növləri üzrə təklifin və həmçinin, tələbin dəyişməsi digər ölkələrlə yanaşı, Azərbaycanda da dövlət büdcəsinin gəlir və xərc imkanlarının yenidən nəzərdən keçirilməsini aktual etmişdir. Eyni zamanda, əsas makroparametrlərin davranışı ilə bağlı qeyri-müəyyənliklər, xüsusilə də cari ilin ikinci və üçüncü rübündə tətbiq edilən sərt karantin rejiminin bu parametrlərin zəifləmə meyillərini şərtləndirməsi büdcəyə yenidən baxılmasını zərurət etmişdir.
Qeyd edim ki, Hesablama Palatası cari ilin aprel ayında dövlət büdcəsinə yenidən baxılması zərurəti və dəyişikliklər üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim etmişdir.