Azərişıq” ASC Azərbaycanın regionlarında 530 komplekt transformatorməntəqəsinin (KTM) alışına 47 mln. 352 min 287,13 manat yönəldəcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Azərişıq” Azərbaycanın regionlarında KTM-nin quraşdırılması məqsədilə tədarükçünü müəyyən edib”, - məlumatda deyilir.
Xüsusilə, ASC bu məqsədlə "Retro Holding" ilə 4 müqavilə imzalayıb.
Birinci müqavilə Qərb RETSİ-nin ərazisində quraşdırılma üçün müxtəlif gücə malik 154 KTM-nin tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 13 mln. 919 min 911,52 manatdır.
İkinci müqavilə Mərkəzi Aran RETSİ-nin ərazisində quraşdırılma üçün müxtəlif gücə malik 196 KTM-nin tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 17 mln. 648 min 390,93 manatdır.
Üçüncü müqavilə Aran RETSİ-nin ərazisində quraşdırılma üçün müxtəlif gücə malik 100 KTM-nin tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 9 mln. 475 min 57,38 manatdır.
Dördüncü müqavilə Cənub RETSİ-nin ərazisində quraşdırılma üçün müxtəlif gücə malik 80 KTM-nin tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 6 mln. 308 min 927,3 manatdır.
İnterfax©