Bu gündən Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyü 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Pakistan düyüsünün Azərbaycana ixracı - 10 DƏFƏ ARTA BİLƏR
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 22 noyabr tarixli qərarında əksini tapıb.
Qərara əsasən, Pakistan İslam Respublikasından həmin ölkə mənşəli düyü 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir. (Apa)