1 sentyabr tarixindən dövlət qeydiyyatına alınmış daha 2503 dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri qüvvəyə minib. Bu barədə Fed.az-a AR Tarif (qiymət) Şurasının Katibliyindən bildiriblər. Bununla da, artıq dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, bütünlükdə qeydiyyatda olan 9850 dərman vasitəsi tənzimlənmiş qiymətlərlə satışdadır.
Beləliklə, 2016-cı il 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.
Dərman vasitələrinin tənzimlənmiş qiymətləri Tarif (qiymət) Şurasının rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib.
Bu gündən 2503 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satılır
15:00
1 Sen 2016