Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Emma Nikolson Azərbaycana səfər edəcək. Bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyi məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Böyük Britaniyanın “British Petroleum” (BP) şirkəti arasında əməkdaşlığın inkişaf etdirilməsi, neft və qaz sahəsində birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Baronessa Nikolsonun Prezident İlham Əliyevlə və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Səfər bu il noyabrın 28-dən dekabrın 1-dək baş tutacaq.