Aprel ayında Britaniyada illik inflyasiya son 40 ilin rekord həddinə çatıb.
FED.az xəbər verir ki, Britaniyada Milli Statistika Bürosunun məlumatına görə, qiymət artımı 9,1%-ə yüksəlib. Bu 1982-ci ildən bəri ən yüksək göstəricidir – həmin il də inflyasiya 9,1% olmuşdu.
Qiymət artımının əsas səbəbi elektrik enerjisinin, nəqliyyat və ərzağın bahalaşmasıdır – bu bütün sahələrə təsirini göstərib. Nəticədə təkcə apraldə qiymətlər 2,5% artıb.