Perspektivdə BRICS-in genişlənməsi tərəfdaş dövlət üçün filtr meyarı vasitəsilə baş verəcək.
Bu il Azərbaycanın BRİCS ölkələri ilə ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb
FED.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
"Birlik tərəfdaş dövlət üçün vacib meyarlar barədə razılığa gəlib və BRİCS-in gələcək genişlənməsi bu filtrdən keçəcək", - deyə Uşakov vurğulayıb.
O bildirib ki, 13 dövlətdən ibarət siyahı razılaşdırılıb. “Hələlik biz bu ölkələrin adlarını dərc etməmək qərarına gəlmişik, çünki onlarla ya BRICS-ə tamhüquqlu üzvlüyə, ya da hansısa müvafiq formada qoşulmağa hazır olmaları barədə danışmalıyıq”, - Kreml rəsmisi əlavə edib.
Qeyd edək ki, Rusiyanın sədrliyi ilə BRICS dövlət başçılarının 16-cı sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir. BRICS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə isə Cənubi Afrika birliyə qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya BRICS-in tamhüquqlu üzvləri olub.
Kazan sammiti birliyə yeni üzvlərin qatılacağı ilk sammit olacaq. Sammitdə 30-dan çox ölkədən nümayəndənin iştirakı gözlənilir. (Apa)