Azərbaycan yaxın 5 il ərzində illik ixracını 1 milyard ABŞ dollarından çox artırmaq potensialına malikdir.
Bakıda ticarətdə qeyri-tarif maneələri mövzusunda - TƏDBİR KEÇİRİLİR
FED.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən "Ticarətdə qeyri-tarif baryerləri" mövzusunda tədbirdə deyib.
"Son bir neçə il ərzində Azərbaycanın ixracı daima artaraq, 2022-ci ildə 35 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, son beş il ərzində qeyri-mineral ixracı təqribən ikiqat artıb. Yaxın 5 il ərzində Azərbaycan illik ixracını 1 milyard ABŞ dollarından çox artırmaq potensialına malikdir", - o deyib.
Onun sözlərinə görə, daxili ixrac prosedurlarının səmərəliliyinin artırılması və infrastrukturun keyfiyyətinin yaxşılaşdırılması Azərbaycanın region və Avropa İttifaqı üzrə mühüm ixracçı kimi mövqeyinin möhkəmlənməsi üçün zəruridir.
"Təkcə malların deyil, həm də xidmətlərin ticarəti üçün ticari tələb və prosedurlar barədə informasiyaya çıxış imkanının yaxşılaşdırılması Azərbaycanın ixracının inkişafı üçün mühüm faktordur. ITC (International Trade Center) qiymətləndirməsi Azərbaycanda İT və turizm sahəsində xidmətlərin ixracının inkişaf etdiyini və əlverişli biznes mühitinin yaradılmasından faydalanır",- deyə o əlavə edib. (Trend)