2011-2015-ci illərdə Yaxın Şərqdə “ərəb baharı”na görə, iqtisadi artımın itirilməsi 614 milyard dollar və ya regionun ÜDM-nin 6%-dən ibarət olub. Bu barədə BMT-nin Qərbi Asiya üzrə İqtisadi və sosial komissiyanın hesabatında deyilir.
BBC News-un verdiyi xəbərə görə, hesablamalar üçün ərəb ölkələrinin iqtisadi artımının 2011-ci ildə edilmiş proqnozları hesablanıb. Bu nüfuzlu beynəlxalq təşkilat tərəfindən zərərə verilmiş ilk qiymət idi.
Qiymətləndirmə zamanı dolayı effektlər də istifadə edilib: qaçqınların axını, əmək miqrantlarının pul köçürmələrinin həcminin azalması, turizm biznesində geriləmə və s.
Ərəb dünyası ölkələrində etirazlar dalğası 2011-ci ildə başlayıb. Vətəndaşların hakimiyyət ilə qarşıdurmaları dörd ölkədə rejimin dəyişməsinə, eləcə də Liviya, Suriya və Yəməndə müharibələrə gətirib çıxardı.
Suriyadakı etirazlar zamanla vətəndaş müharibəsinə çevrildi, hazırda bu müharibəyə Qərb və Rusiya da cəlb edilib. Bu ölkənin 2011-ci ildən indiyə qədər iqtisadi itkiləri 259 milyard dollar həcmində qiymətləndirilir.
Etriazlar nəticəsində hakimiyyətin dəyişdiyi ölkələrdə, yeni liderlər problemlərin öhdəsindən gələ bilməyiblər, bu isə nümayişlərə gətirib çıxarıb.
oxu.az©