BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”nə əsasən, Ermənistanda 500 minə yaxın insan normadan az qidalanır.
Eləcə də bax: BMT: Müharibə 47 milyon insanı - AC QOYA BİLƏR
FED.az xəbər verir ki, təşkilat eyni zamanda, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayının 70 min nəfər artdığını bildirib.
Qeyd edilir ki, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qidalanmadan əziyyət çəkir.
Dünya Bankının məlumatına görə, Ermənistanda 2021-ci ildə yoxsulluq 7 % artıb. 2020-ci ildə bu, 27 % olub.
Ermənistanın əhalisi 3 milyon nəfərdir. (Report)