Rusiya hökuməti koronavirus (COVID-19) infeksiyası ilə bağlı iqtisadiyyata dəstək üçün yeni paket hazırlayır.
Eləcə də bax: Rusiya Mərkəzi Bankı krediti olanlara - GÜZƏŞT ETMƏYƏCƏK
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.
Məlumata görə, hökumət iqtisadiyyatın dəstəklənməsinə daha 1 trilyon rubl (təxminən 13,6 milyard ABŞ dolları) vəsait ayıracaq. Amma hələ ki bununla bağlı son qərar qəbul edilməyib və müzakirələr gedir.
Ayrılacaq vəsaitin bir hissəsinin özünütəcridlə bağlı uzun müddət işsiz qalaraq evdən çıxmayan vətəndaşların əməkhaqlarının subsidiyalaşdırılmasına yönəldiləcəyi bildirilir. O da məlumdur ki, Rusiya bu vəsaiti Milli Rifah Fondundan deyil, kredit şəklində almağı planlaşdırır (Report).