“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılmışdı.
Bu maliyyə sanksiyası ləğv edilir – VERGİDƏ DAHA BİR GÜZƏŞT
FED.az xəbər verir ki, 2023-cü il yanvarın 1-dən sahibkarlıq sahəsində yoxlamaların aparılmasının dayandırılması müddəasının müddəti bitib.
2015-ci il noyabrın 1-dən qüvvəyə minmiş bu qanunda dayandırılma müddəti 3 dəfə uzadılmışdı.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin uzadılıb-uzadılmayacağı məlum deyil.
Azərbaycanda yoxlamaların dayandırılması sahibkarların rahat nəfəs almasına və onların öz bizneslərini genişləndirmələrinə xeyli kömək etmişdi.
Yoxlamaların dayandırıldığı müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilərdi. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılırdı. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmirdi. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilərdi.