Azərbaycanda biznes qurumlarının, xüsusilə də səhmdar cəmiyyətlərin fəaliyyətinin tənzimlənməsi və daxili qərarların qəbulu ilə bağlı maraqlı yeniliklər gözlənilir. FED.az xəbər verir ki, bu yeniliklər Mülki Məcəlləyə müzakirə ediən dəyişikliklər çərçivəsində təbiq edilə bilər. Hazırda hökumətdə müzakirə olunan yeniliklərə əsasən, səhmdar cəmiyyətlərin idarə heyətlərinin qərarlarının notariuslar tərəfindən təsdiqlənməsi nəzərdə tutulur. Hesab edilir ki, bu yenilik, qərarların kəsərini artırmalı və icrasını daha səmərəli etməlidir.
İkinci maraqlı yenilik mənfəət əldə etmiş payçı şirkətin və ya səhmdar cəmiyyətin bu mənfəətdən hökmən vergi ödəməsi tələbi olacaq. Hökumətdə hesab edirlər ki, bu yenilik, səhmdarların şirkətlərə marağını artıracaq, ümumiyətlə ölkədə səhmdar biznesin populyarlığını artıracaq. Hərçənd bəzi ekspertlər hesab edir ki, bu yeniliyin tətbiqi biznesin fəaliyyətinə müdaxilə imkanı yaradacaq.
Məcəlləyə müzakirə olunan üçüncü yenilik isə şirkətlərin nizamnamə kapitalının formalaşmasına aiddir. Hazırda şirkətin kapi talı həm nağd vəsait, həm də aktivlər hesabına formalaşır. Təklif olunan yeniliyə əsasən isə, kapital yalnız pul vəsaiti hesabına formalaşacaq. Ehtimal olunur ki, bu təkliflər kapitalın formalaşması zamanı baş verən neqativ halların qarşısının alınması və kapitalın likvidliyanan artırılması məqsədi daşıyır.