Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Avropa İnvestisiya Bankının direktoru Lionel Rapay ilə görüşdük. İnvestisiyaları, iqtisadi artımı və məşğulluğu stimullaşdırmaq məqsədilə biznes subyektlərinə dəstək, infrastruktur layihələri çərçivəsində əməkdaşlıq və birgə fəaliyyətin səmərəliliyinin artırılması imkanları barədə fikirlərimizi bölüşdük.
FED.az xəbər verir ki, bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb.