İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayı təqdim edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 6,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 721 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz azalıb.
Eləcə də bax: Azərbaycandan qeyri-neft sektoru üzrə ixrac - 9%-DƏK AZALIB
2020-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (123.1 milyon ABŞ dolları) birinci, qızıl ((sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 64.7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (51 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2020-ci ilin ilk 5 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 236,5 milyon, pambıq lifi ixracı 49,5 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 31,5 milyon, kimya sənayesi məhsullarının ixracı 34,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 19,5 milyon, pambıq ipliyi ixracı 9,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 5,7 milyon, şəkər ixracı 5,9 milyon ABŞ dolları təşkil edib.
2020-ci ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 172.6 milyon ABŞ dolları təşkil edib ki, ötən dövrlə müqayisədə 17,8 faiz azalıb. Bu ilin may ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (84,8 milyon ABŞ dolları), İsveçrəyə (23 milyon ABŞ dolları), Türkiyəyə (22,2 milyon ABŞ dolları), Gürcüstana (11,7 milyon ABŞ dolları)və Çinə (5,4 milyon ABŞ dolları) ixrac edilib.
2020-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor – 49,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 21 milyon ABŞ dolları) ikinci, kartof (19,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.