2017-ci ildən 2022-ci ilin noyabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 969,1 milyon ABŞ dolları təşkil edib.
Karbamid 1-ci, pambıq mahlıcı 2-ci, qızıl 3-cüdür - İXRAC İCMALI
FED.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın noyabr buraxılışında bildirilir.
Sənədə əsasən, bu ilin dekabr ayında isə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 40 milyon ABŞ dolları olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 96,1% çoxdur. (Report)