"1 aydan sonra gömrük sahəsində böyük bir islahat gözlənilir”.
Bunu Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev deyib. O bildirib ki, islahatların birinci mərhələsi demək olar ki, həyata keçirilib: "İkinci böyük islahat paketimiz isə idxalla bağlı olacaq. Onun tətbiqi haqqında ictimaiyyətə və sahibkarlara geniş məlumat verəcəyik”. Sədr müavini həmçinin çıxışında "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə də toxunub.
İ. Babayev qeyd edib ki, bu sistemin tətbiqindən sonra tranzit dəhlizinin potensialı 70 faizədək artıb: "Yaşıl dəhliz” buraxılış sisteminin istifadəyə verilməsindən sonra ixracın potensialı bu il ərzində 2,5 dəfə artıb (kənd təsərrüfatı məhsulları), tranzit potensialı isə 70 faizədək güclənib”.
Bir ay sonra gömrükdə böyük bir islahat gözlənilir - RƏSMİ
19:40
29 Aprel 2019