2023-cü il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəflərindən təbii inhisar subyektlərinin tənzimlənməsi çərçivəsində bir sıra tənzimləmə tədbirləri keçirilib.
FED.az xəbər verir ki, bu barədə məlumatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 18 yanvar tarixində keçirilən mətbuat konfransında verib.
Bu tədbirlərə aşağıdakılar aiddir:
Ölkə üzrə təsərrüfatların suvarma suyu ilə təchizatı, Sudan İstifadəedənlər Birliklərinin (SIB) fəaliyyəti, sudan istifadə haqlarının toplanılması və xərclənməsi, SİB-lərin fəaliyyətinə «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən nəzarət mexanizmi və həyata keçirilən nəzarət tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə araşdırma aparılıb. Araşdırma və təhlillərin nəticələrinə əsasən, ölkə üzrə mövcud irriqasiya sistemləri infrastrukturunun inkişafı və SİB-lərin fəaliyyətinin yenidən qurulması ile və inkişaf konsepsiyasının hazırlanması ilə bağlı təkliflər aidiyyəti üzrə təqdim edilib. bağlı strateji planın
Təbii inhisar subyektləri tərəfindən dövlət tənzimlənməsi tətbiq edilməyən əmtəə və xidmətlər üzrə müəyyən edilən tariflərin əsaslılığının araşdırılması məqsədilə müvafiq tədbirlər görülüb. Tədbirlər zamanı təbii inhisar subyektləri tərəfindən onların göstərdiyi xidmətlər üzrə tətbiq edilən qiymətlərin qanunvericiliyə uyğunluğu, habelə qiymətləri formalaşdıran iqtisadi amillərin əsasları araşdırılıb.
Təbii inhisar subyektləri tərəfindən 2023-cü ildə həyata keçirilen investisiya layihələri üzrə dəqiqləşmələrin aparılması üçün məlumatların əldə olunması məqsədilə müvafiq tədbirlər görülüb. Təhlillər nəticəsində təbii inhisar subyektləri tərəfindən bir sıra investisiya qoyuluşlarının həyata keçirildiyi zaman müvafiq razılıqların alınmadığı müəyyən edilib.