Azərbaycandan xaricə səfər edən beynəlxalq daşımalarla məşğul olan avtomobil sürücülərini digər vətəndaşlardan fərqləndirən mexanizm hazırlanır.
Bunu Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
Onun sözlərinə görə, hazırda aidiyyəti qurumlar tərəfindən bu proqram üzərində iş aparılır.
Qeyd edək ki, Azərbaycandan Rusiya ərazisinə beynəlxalq yükdaşıma əməliyyatları həyata keçirən sürücülərin bu ölkədə qalma müddəti (icazə) də uzadılıb. Belə ki, beynəlxalq avtomobil daşımalarını həyata keçirən sürücülər qarşılıqlı olaraq tərəflərin ərazilərində 6 ay ərzində 90 gün əvəzində 120 gün, qeydiyyatsız isə 30 gün müddətində qala bilmələri barədə Rusiya tərəfi ilə razılıq əldə olunub.