2019-cu ildə Lənkəranda dövlət proqramına uyğun olaraq qabaqcıl texnologiyaları tətbiq etməklə çay, çəltik və sitrus meyvələri istehsalının artırılmasına nail olunub.
Eləcə də bax: Masallıda 15 hektar yeni - ÇAY PLANTASİYASI SALINIB
FED.az xəbər verir ki, rayonda çay plantasiyaları genişləndirilərək, 640,5 hektara çatdırılıb. Bunun 468 hektarı son illərdə salınmış plantasiyalardır. Son iki ildə təkcə “Beta” şirkəti tərəfindən Osaküçə kəndindəki çay sahələri genişləndirilərək 50 hektara çatdırılıb.
Bütün bunlar haqqında illik hesabat yığıncağında həvəslə danışan Taleh müəllim onu da bildirdi ki, illərcə istifadəsiz qalmış, amma kənd təsərrüfatına yararlı olan torpaqları əkin dövriyyəsinə cəlb etməklə rayon üzrə ötən il 852 hektar sahədə çəltik əkini aparılıb, bunun hesabına 3418 ton yüksək keyfiyyətli məhsul yığılıb. Təkcə “Green East” MMC tərəfindən Viravul və Girdəni kəndlərində müasir texnologiya ilə 100 hektar sahədə çəltik əkilib və yüksək məhsuldarlıq əldə edilib. İndi ölkənin hər yerində ticarət şəbəkələrində müxtəlif adda xoş ətirli, artımlı Lənkəran düyüsünə rast gəlmək olar.