Azərbaycan cari ilin yanvar-may aylarında ən çox İsveçrədən məhsul idxal edib.
ELƏCƏ DƏ BAX: Avropa İttifaqı ölkələrinə məhsul ixracı -1 MİLYARD DOLLAR ARTIB
Dövlət Gömrük Komitəsindən bildirilib ki, beş ayda ölkəyə ən çox İsveçrə, Rusiya və Türkiyədən məhsul idxal olunub. İsveçrədən idxalın dəyəri 828 milyon 588 min ABŞ dolları, Rusiyadan 816 milyon 642 min dollar, Türkiyədən isə 567 milyon 283 min dollar olub.