2018-ci ilin yanvarında dünyada benzinin orta qiyməti 1 litr üçün 1,14 ABŞ dolları təşkil edib. Bu barədə “Global Petrol Prices” məlumat yayıb. Bildirilir ki, benzin ən ucuz Venesuelada və Türkmənistanda satılır. Bu ölkələrdə benzinin 1 litri müvafiq olaraq 0,1-0,23 sentdir. Azərbaycan isə benzinin qiymətinə görə siyahıda 30-cu sıradadır (1 litri 0,74 dollar). Benzinin 1 litri ən baha İslandiyada 2,04 dollara satılır.
Qiymət müxtəlif ölkələr arasında fərqlidir. Ümumiyyətlə zəngin ölkələrdə neft istehsalı və ixracı baha, yoxsul ölkələrdə nisbətən daha ucuz qiymətə başa gəlir. Tək istisna olaraq iqtisadi cəhətdən inkişaf edən ABŞ-dır. Belə ki, bu ölkədə qiymətin aşağı olması vergi və benzin üçün verilən subsidiya sayəsindədir.