Belçikada illik inflyasiya avqustda 9,94 faizə çatıb ki, bu da 1976-cı ildən bəri ən yüksək səviyyədir.
FED.az xəbər verir ki, Belçika Statistika İnstitutunun məlumatına görə, iyulda 9,62 faiz olan inflyasiya avqustda 9,94 faizə yüksəlib.
Hesabata görə, avqust ayında ən çox qiymət artımı elektrik enerjisi, təbii qaz, çörək, taxıl məhsulları, geyim, desertlər, spirtli içkilər, mehmanxana otağı, ət və fərdi qulluq məhsullarında olub.
Ölkədə inflyasiyanın artmasının əsas səbəbi enerji idi. Enerjidə qiymət artımı 50 faizə çatıb. Enerji məhsullarının avqust inflyasiyasına töhfəsi 4,43 faiz olaraq reallaşıb.
1 il əvvəllə müqayisədə avqust ayında Belçikada təbii qazın qiyməti 107 faiz (2 dəfə), elektrik enerjisinin qiyməti 57 faiz, soba mazutu 53 faiz, aviabiletin qiyməti 41 faiz, neftin qiyməti 29 faiz, dizelin qiyməti 26 faiz təşkil edib və dəniz məhsullarının qiyməti 24 faiz artıb.