Belarusun paytaxtı Minskdə Azərbaycan ticarət evinin açılışı olub.
FED.az Trend-ə istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycandan iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Qeyd edək ki, Belarusda Azərbaycan ticarət evinin açılması barədə qərar Azərbaycan-Belarus ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 10-cu iclası zamanı qəbul edilmişdi.