Əbu-Dabi Dövlət İnvestisiya Fondunun sədri Məhəmməd Həsən əl-Suveydi çərşənbə günü Ankarada keçirdiyi mətbuat konfransında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyəyə investisiyalar üçün 10 milyard dollar ayırıb.
Eləcə də bax: BƏƏ Azərbaycanın iş adamlarına - Müraciət Edib
“Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə sərmayə qoymaq üçün 10 milyard dollar vəsait ayırıb”, - deyə əl-Suveydi bildirib.
FED.az xəbər verir ki, bundan əvvəl Türkiyə və BƏƏ arasında ticarət, enerji və ətraf mühitin mühafizəsi də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığa dair doqquz saziş imzalanıb.
İmzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əbu-Dabinin vəliəhdi və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlarından sonra Ankaradakı prezident sarayında keçirilib. Bu, BƏƏ hökuməti nümayəndəsinin 2012-ci ildən bəri Türkiyəyə ilk yüksək səviyyəli səfəridir.
Mərasim zamanı Əbu-Dabi Dövlət İnvestisiya Fondu ilə Türkiyənin Sərvət Fondu və ölkə Prezidenti yanında İnvestisiya İdarəsi arasında investisiya müqavilələri imzalanıb.
Abu Dabi Qiymətli Kağızlar Birjası ilə İstanbul Birjası arasında da müqavilə imzalanıb.
Əbu-Dabi Dövlət İnvestisiya Fondu Türkiyənin Kalion şirkəti ilə enerji, infrastruktur və nəqliyyat sahəsində əməkdaşlıq müqaviləsi də imzalayıb.(Marja)