Əmlak Məsələləri Dövlət Komitəsi apardığı monitorinqlər nəticəsində hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlayıb.
Dövlət Komitəsindən FED.az-a verilən məlumata görə, bu tədbirlər nəticəsində 280 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.
ELƏCƏ DƏ BAX: Xarici gübrələrə xərclənən pullar – KƏSKİN ARTIB
Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib: “Həmin torpaqlar geri qaytarıldıqdan sonra yenidən səmərəli şəkildə istifadəsi istiqamətində də işlər həyata keçirilir. Həmin torpaqlarda iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür. Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılır. Həmçinin istifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və dövriyyəyə buraxılması nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi artır. Belə torpaqlar yenidən gəlir mənbəyinə çevrilməklə ölkədə aqrar sahənin inkişafına təkan verir. Təyinatı dəyişdirilən torpaq sahələrinin gəlirlilik potensialı artırılır. Eyni zamanda həmin sahələrdə əkin prosesinin aparılması bol məhsul əldə edilməsinə şərait yaradır. Bu isə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə, daxili tələbatın ödənilməsinə öz töhfəsini verir”.
Becərmədikləri üçün əllərindən alındı - RƏSMİ
20:48
17 Dek 2018