İstehlak bazarında mövsümi meyvələrin qiyməti çox yüksəkdir.
Eləcə də bax: Bakıda bu meyvənin kilosu 80 manata satılır - VİDEO
FED.az xəbər verir ki, bazarlarda yüksək qiymətə satılan meyvələr arasında çiyələk, ərik, qarpız xüsusilə seçilir. Məsələn, bazarda alçanın bir kiloqramı 7-35 manat arasında dəyişir.
Məhsulların qiyməti isə ölçüsü və gətirildiyi ölkəyə görə dəyişir. Satıcılar bu meyvələrin may ayı üçün qiymətini normal hesab edir.
Satıcılar hələ mövsümü olmadığı üçün sözügedən meyvələrin qiymətinin normal olduğunu deyir, alıcılar isə əksini düşünür.
Satıcılar onu da qeyd ediblər ki, qiymətlər havalar isindikcə ucuzlaşacaq. (Xezerxeber.az)