Rusiyanın alkoqollu məhsulların aparıcı istehsalçılarından biri olan “Başspirt” SC 2020-ci ildə 37,5 min dekalitr (dal) spirtli içki ixrac edib ki, bu da 2019-cu ilin göstəricisi (32,9 min dal) ilə müqayisədə 13,9% çoxdur.
Eləcə də bax: Azərbaycan Gürcüstandan şərab idxalını - 41% Artırıb
FED.az xəbər verir ki, bu barədə “Aqroeksport” mərkəzinin məlumatında deyilir.
Şirkətin məhsulları Bolqarıstan, Ermənistan, Qazaxıstan, Hindistan, ABŞ, Türkiyə, Türkmənistan, Ukrayna və digər ölkələrə ixrac edilir. Azərbaycan, Almaniya, Avstriya, Monqolustan, Vyetnam, Qana və Suriya ilə sazişlər isə razılaşdırılma mərhələsindədir. (İnterfaks)