"Başspirt” SC Azərbaycanda “CarçıoğluGroup”şirkətinə etil spirti ixracına dair iri müqavilə imzalayıb.
FED.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verir.
Eləcə də bax: Azərbaycana əczaçılıq məhsullarının - İDXALI ARTIB
“Müqavilə Azərbaycanda Rusiya İxrac Mərkəzinin nümayəndəsi Nuri Quliyev və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin fəal iştirakı ilə imzalanıb”, - mətbuat Başqırdstan Respublikası Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir.
Müqavilənin digər təfərrüatları barədə məlumat verilmir.
“CarçıoğluGroup” MMC Rusiya şirkətləri ilə əməkdaşlıq təcrübəsinə malikdir. Xüsusilə, Rusiyanın “Tatspirtprom“ dövlət şirkəti ilə Qusar rayonunda “RusAzeriSpirts” birgə müəssisəsi yaradılıb. 2019-cu ilin oktyabr ayında birgə müəssisə spitli içkilərin istehsalına başlayıb. Layihəyə ilkin investisiyalar $2 milyon təşkil edib.
İnterfaks