Malayziyada baş nazirin istefa planı ölkəni siyasi qeyri-müəyyənliyin astanasına gətirib.
Eləcə də bax: Banklar insanların pullarını vermədi - ATƏŞ AÇILDI
FED.az xəbər verir ki, Malayziyada bir müddətdi müzakirə mövzusu olan Baş nazir Muhyiddin Yasinin, Sentyabrda keçiriləcək güvən səsverməsi üçün müxalifət partiyalarından dəstək tələbinin rədd edilməsinə görə istefa verəcəyi iddia edilib.
Baş nazir Yasinin istefa planını partiya üzvlərinə bildirilib. Bloomberg-ə danışan bir rəsmi Baş nazir Yasinin Kral ilə görüşüb istefa məktubunu təqdim edəcəyini deyib.
Xəbər axışı Malayziya aktivlərinə mənfi təsir edib. Malayziyanın pul vahidi ringgit dollar qarşısında bir ilin ən aşağı səviyyəsinə geriləyib, Malayziya Birjası düşüb.
İqtisadçılar, ölkədəki siyasi qeyri-müəyyənliyin Malayziya aktivlərinə mənfi təsir etməsinin qaçlmaz olduğunu vurğulayırlar. (Marja)