"Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır və əlavə təchizatla bağlı bütün mümkün tədbirlər görülür”.
Eləcə də bax: Prezident Ukraynadakı vəziyyətlə bağlı - TAPŞIRIQ VERİB
FED.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
"Ukraynadakı hadisələrla bağlı nəqliyyat-logistika sahəsində ciddi problemlər, qiymət artımları var. Prezident İlham Əliyevin tapşırığına əsasən, mövcud çağırışlara operativ və çevik reaksiya verilməsi üçün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür", - o bildirib. (Report)