“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması Qaydaları” təsdiq edilib.
Eləcə də bax: Milli Məclisdə ərzaq məhsulları ilə bağlı - ƏDV-NİN LƏĞVİ TƏKLİF EDİLDİ
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərar istehsalçı və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasında iştirakları ilə bağlı “Elektron kənd təsərrüfatı” informasiya sistemi və ya yerində baxış vasitəsilə monitorinqin təşkili və həyata keçirilməsi məqsədilə hazırlanıb.
Qərarda tədarük və təchizat agenti tərəfindən istehsalçı və satıcıların fəaliyyətlərinin satınalma şərtlərinin uyğunluğuna dair monitorinqlərin aparılması qaydası, satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçı və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştiraklarının məhdudlaşdırılması nəzərdə tutulur.
Qərarın qəbul olunması ilə kənd təsərrüfatı və ərzaq məhsulları bazarında, habelə tədarük prosesində haqsız rəqabət meyllərinin qarşısının alınmasına, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün əlverişli ticarət mühitinin formalaşmasına, aparılacaq monitorinqlər nəticəsində satınalma prosesinin daha da şəffaflaşmasına, elektron müstəvidə monitorinq imkanlarının formalaşdırılmasına, fermerlərin tədarük və təchizat prosesində iştiraklarının stimullaşdırılmasına və daha keyfiyyətli ərzaq məhsullarının istehsalının təşviq edilməsinə imkan yaranacaq.